Fakültə könüllüləri Cəlil Məmmədquluzadənin ev-muzeyinə ekskursiya ediblər
“BDU könüllüləri” təşkilatının Filologiya fakültəsi üzrə könüllüləri “Ədiblərimizi tanıyaq” layihəsi çərçivəsində görkəmli yazıçı Cəlil Məmmədquluzadənin ev-muzeyinə ekskursiya ediblər.
Ekskursiya zamanı tələbələr ədibin həyatı və yaradıcılığı ilə yaxından tanış olublar. Onlara Cəlil Məmmədquluzadənin ədəbi irsi, yaşadığı dövrün ictimai-siyasi vəziyyəti və onun əsərlərinin cəmiyyətə təsiri barədə geniş məlumat verilib. Muzeyin bələdçisi yazıçının şəxsi əşyalarını, nadir sənədləri və onun yaradıcılığı ilə bağlı maraq doğuran faktları iştirakçılara təqdim edib. Bildirib ki, Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatında tənqidi realizm və maarifçilik ideyalarının ən böyük təbliğçilərindən biridir. Onun “Molla Nəsrəddin” jurnalında təbliğ etdiyi satirik ideyalar və müəllifi olduğu əsərlər xalqın maariflənməsi və sosial problemlərin qabardılması baxımından mühüm əhəmiyyət kəsb edir.