Fakültə könüllüləri “Anamın kitabı” tragikomediyasını izləyiblər
15 Aprel 2024 22:18

BDU Könüllülərinin təşəbbüsü ilə Filologiya fakültəsinin könüllüləri Şuşa Dövlət Musiqili Dram teatrında görkəmli dramaturq Cəlil Məmmədquluzadənin “Anamın kitabı” tragikomediyasını izləyiblər.
Tamaşada XX əsrin əvvəllərində Azərbaycan cəmiyyətinin acınacaqlı vəziyyəti əks olunur. Belə ki, qardaşların timsalında vətənə, xalqa, ana dilinə olan laqeydlik açıq şəkildə təqdim və tənqid olunur. Əsər üç qardaşın - Rüstəm bəyin, Mirzə Məhəmmədəlinin, Səməd Vahidin komediyası, ananın faciəsi, Gülbaharın isə dramıdır.
Tədbirdən sonra könüllülər tamaşa ilə bağlı öz təəssüratlarını bölüşüblər.
Son XƏBƏRLƏR
03.11.2025 | 13:35
“Dədə Qorqud” ETL-da “Şanlı Tariximizin Əbədi Qələbəsi -5il” adlı elmi nəzəri seminar keçirilib
27.10.2025 | 16:42
“Akademik yazı: bütövlük, əsas prinsiplər və modellər” mövzusunda elmi seminar keçirilib
23.10.2025 | 21:31