Fakültə əməkdaşları və doktorantları Xankəndi şəhərində keçirilən beynəlxalq elmi konfransda iştirak ediblər
23-25 iyul 2025-ci il tarixlərində Odlar Yurdu Universitetinin təşkilatçılığı ilə Xankəndi şəhərində V Qarabağ Beynəlxalq Elmi Tədqiqtlar Konfransı keçirilib. Konfransda BDU-nun Filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasının professoru Sənubər Abdullayeva, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosenti Rəhilə Quliyeva, Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müəllimi Aygün Zəkiyeva, “Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə” ETL-in elmi işçisi Samirə Məmmədova, doktorantlardan İlahə Səfərzadə, İlahə Əhmədova və Jalə Nağıyeva iştirak ediblər. Filologiyanın aktual məsələlərinə həsr olunmuş məruzələrlə çıxış edən təmsilçilərimizə sonda sertifikatlat təqdim olunub.
Konfrans işini uğurla başa çatdırandan sonra iştirakçılar üçün Şuşa, Xankəndi, Laçın və Xocalı şəhərlərinə gəzinti təşkil olunub.