“Əziz Şuşa, sən azadsan” adlı tədbir
BDU-nun Filologiya fakültəsində Tələbə Gənclər Təşkilatı və BDU Könüllülərinin birgə təşəbbüsü ilə “Şuşa İli”nə həsr olunmuş “Əziz Şuşa, sən azadsan” adlı tədbir keçirilib. Tədbir Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Filologiya fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov açılış nitqi ilə çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2022-ci ilin “Şuşa İli” elan edilməsi ilə bağlı imzaladığı Sərəncamın əhəmiyyətindən və ötən müddətdə Şuşada təşkil edilən tədbirlərdən, işğaldan azad olunmuş ərazilərdən aparılan quruculuq işlərindən söz açıb, bu istiqamətdə fakültə tərəfindən keçiriləcək tədbirlərin davamlı olacağını diqqətə çatdırıb.
Sonra fakültənin tələbələri - Fəridə Süleymanova "Şuşanın dünəni və bu günü", Fidan Heydərova “Şuşanın maddi-mədəniyyət abidələri", Səbinə Məmmədzadə "Şuşanın tanınmış ziyalıları" və Ülviyyə Orucova "Vətən" mövzusunda çıxışlar ediblər.
Aydan Rüstəmzadənin aparıcılığı ilə keçirilən tədbirdə Ülviyyə Orucova K.Kərimlinin "Azad Şuşa" şeirini səsləndirib, Aişə Babayeva tərəfindən hazırlanmış "Xarıbülbül ətirli Zəfərimiz" adlı videoçarx nümayiş olunub.
Sonda tədbir iştirakçıları Azərbaycan bayrağı ilə kürsüyə çıxaraq "Qarabağ Azərbaycandır!" şüarını səsləndiriblər.