“Əlifba reformaları və onların mahiyyəti”
BDU-nun Filologiya fakültəsi Rus dili (humanitar fakültələr üzrə) kafedrasında “Əlifba reformaları və onların mahiyyəti” adlı elmi seminar keçirilib. Seminarda kafedranın əməkdaşları, tələbə və magistrantlar iştirak ediblər.
Mövzu ilə bağlı məruzə edən kafedranın dosenti Tahir Əliyev əlifbanın insanın beyninə təsiri və kamil əlifba parametrləri haqqında geniş söz açıb. Qeyd olunub ki, dünya tarixində istər Avropada, istər Şərq ölkələrində əlifbada ciddi reformalar keçirilib. Bu reformaların mahiyyəti yazı sürətini düşüncə tempinə uyğunlaşdırmaqdır. XIX əsrdən başlayaraq ziyalılarımız əlifba islahatları, əlifbada olan lazımsız hərflərin ixtisarı ilə bağlı çıxışlar ediblər. Nəticədə son yüz ildə əlifbamız bir neçə dəfə dəyişdirilib.
Seminar mövzu ətrafında müzakirələrlə yekunlaşıb.