Əli Tudənin anadan olmasının 100 illiyi qeyd olunub
BDU-nun Filologiya fakültəsində Tələbə Elmi Cəmiyyəti nəzdində fəaliyyət göstərən “Ədəbiyyatşünaslıq” klubunun təşəbbüsü ilə görkəm Azərbaycan şairi Əli Tudənin anadan olmasının 100 illiyinə həsr olunmuş elmi seminar keçirilib. Tədbirdə fakültənin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Əvvəlcə tanınmış sənətkarın ömür yolunan bəhs olunan videoçarx nümayiş olunub.
Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Almaz Məmmədova görkəmli şairin həyatı və yaradıcılığı, müasir Azərbaycan poeziyasının inkişafındakı uzumüddətli səmərəli fəaliyyəti, lirik yaradıcılığının ideya-bədii xüsusiyyətləri haqqında məruzə ilə çıxış edib.
Tədbir tələbələrin ədəbi-bədii çıxışları ilə davam edib. Filologiya fakültəsinin I kurs tələbəsi Hümbət Bədəlov Əli Tudə obrazını canlandıraraq monoloq, tələbələrdən Səyahət Məhərrəmova şairin “Nigarançılıq”, Nərgiz Vəlizadə isə “Məndədir” şeirini səsləndiriblər.