“Ədəbiyyat və musiqi” mövzusunda elmi seminar
BDU-nun Filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasında “Ədəbiyyat və musiqi” mövzusunda elmi seminar keçirilib. Seminarda kafedranın professoru Yegane İsmayılova, dosent Sevinc Qocayeva, fil.f.d. Aygün Zəkiyeva, “Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə” ETL-in əməkdaşları – laboratoriya müdiri, dosent Nəzakət Hüseynova, fil.f.d. Məhin Quliyeva, fil.f.d. Samirə Məmmədova, kafedranın magistrantları və tələbələr iştirak ediblər.
Mövzu ilə bağlı məzurə edən kafedranın dosenti İradə Rəhmanova dünya ədəbi-nəzəri fikrində söz və musiqinin qarşılıqlı əlaqəsinin fəlsəfi-estetik, pedaqoji aspektləri haqqında məlumat verib. O, söz və sənət tandeminin, hər şeydən əvvəl, mahnıların və digər janrlarda musiqili sənət əsərlərinin meydana gəlməsinə səbəb olduğunu vurğulayıb. Ədəbiyyatın, poeziyanın musiqililiyi və ədəbiyyatda istifadə hallarından bəhs edib. Bildirib ki, musiqi janrlarından bir çoxu – opera, balet, muzikl, romans, kontata əsasında bədii mətn olan janrlardır.
Sonda professor Yeganə İsmayılova, dosentlər - Sevinc Qocayeva və Nəzakət Hüseynova məruzə ilə bağlı çıxış ediblər. Məruzəçi magistrant və tələbələrin suallarını cavablandırıb.
Elmi seminar müzakirələrlə yekunlaşıb.