Dosent Yeganə Qəhrəmanlının açıq dərsi keçirilib
BDU-nun Filologiya fakültəsinin Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Yeganə Qəhrəmanlının “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənnindən Biologiya fakültəsinin I kurs 186a qrupunda “İşgüzar kommunikasiyanın əsas xüsusiyyətləri” mövzusunda açıq dərsi təşkil olunub.
Dərsdə tələbələr işgüzar kommunikasiyanın əsas xüsusiyyətləri, şifahi işgüzar kommunikasiyanın növləri və onların hər birinin xüsusiyyətləri haqqında ətraflı məlumat verib, işgüzar kommunikasiyasının bir çox növlərinə aid müsahibələr, diskussiyalar təşkil edilib, təqdimatlar nümayiş olunub. Tələbələr dərs zamanı işgüzar kommunikasiyanın bütün hövləri haqqında aydın təsəvvür yarada biliblər.
Açıq dərsdə iştirak edən kafedranın əməkdaşları - kafedra müdiri, professor İlhamə Hacıyeva, İradə Kərimova, Samirə Mərdanova, Şəlalə Əliyeva və Şəhla Hüseynova dərsin gedişinə dair fikirlərini bölüşüb, öz tövsiyələrini veriblər. Həmçinin tələbələr müəllimin fəaliyyətindən razı olduqlarını bildiriblər.
Açıq dərs mütəxəssislər tərəfindən qənaətbəxş qiymətləndirilib.