Dosent Saidə Mustafayevanın açıq dərsi
BDU-nun Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyatının tədrisi metodikası kafedrasının dosenti Saidə Şirzad qızı Mustafayevanın Sosial elmlər və psixologiya fakültəsinin “Korreksiyaedici təlim” ixtisasının II kurs 1716-cı qrupunda “Nitq hissələrinin tədrisi metodikası” mövzusunda açıq dərsi keçirilib. Dərsdə Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının müəllimləri - dosent Rəhilə Ouliyeva və dosent İradə Şəmsizadə iştirak ediblər. Müəllim məşğələ dərsikni jurnalı yoxlamaqla başlayaraq frontal sorğu aparıb. Müəllimiin və tələbələrin verdiyi suallar və onların cavablandırılması mövzunu tam açıqlamağa, bütün aspektləri işıqlandırmağa imkan verib. Tələbələr çox hazırlıqlı olublar. Dərs texnologiyanın imkanlarından istifadə ilə slaydlarla müşayiət olunub ki, bu da dərsi daha maraqlı edib. Dərs prosesində fəndaxili, fənlərarası və fənlərüstü inteqrasiyalar həyata keçirilib. Dərsdə diqqəti çəkən maraqlı məqamlardan biri də, tələbələrin nitq qüsurlu uşaqlarla görüşərək, onlarla tədris olunan mövzular üzrə keçirdikləri təlimlərin videoçarxlarının təqdim edilməsi olub.
Saidə Mustafayevanın açıq dərsi kafedranın iclasında müzakirə olunaraq elmi-nəzəri və metodiki baxımdan yüksək səviyyəli dərs kimi qiymətləndirilib.