Dosent Rəna Mahmudovanın açıq dərsi
BDU-nun Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosenti Rəna Mahmudovanın Sosial elmlər və psixologiya fakültəsində “Korreksiyaedici təlim” ixtisasının II kurs 1726 “a” qrupunda “Azərbaycan dili və onun xüsusi məktəblərdə tədrisi metodikası” fənnindən açıq dərsi keçirilib.
“Xüsusi məktəblərdə yazı təliminin tədrisi metodikası” mövzusuna həsr olunmuş açıq dərsdə Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının müdiri, professor Mətanət Abdullayeva, kafedranın dosentləri Məhbubə Qurbanova və Şəlalə Abdullayeva iştirak ediblər.
Məşğələ dərsində tələbələr arasında motivasiya xarakterli sorğu aparılıb və xüsusi məktəblər haqqında slaydlar nümayiş etdirilib.
Dərs prosesində fəndaxili, fənlərarası inteqrasiyalar həyata keçirilib. Mövzu ətrafında müzakirələr aparılıb, xüsusi təhsilin növləri, inkluziv təhsil haqqında tələbələrin cavabları və onların müşahidələri dinlənilib. Dərsdə korreksiyaedici təlimə aid slaydların göstərilməsi dərsi maraqlı edib. Tələbələrin nitqi, qüsurlu uşaqlarla görüşməsi, onlar haqqında dedikləri fikirlər mövzunu tam açıqlamağa imkan verib.
R.Mahmudovanın açıq dərsi kafedra iclasında müzakirə olunaraq elmi-nəzəri və metodiki baxımdan yüksək səviyyəli dərs kimi qiymətləndirilib.