Dosent Rəhilə Quliyevanın “Azərbaycan dili” dərsliyi Türkiyənin Mersin Universitetində tədris vəsaiti kimi istifadə olunur
Türkiyənin Mersin Universitetinin Sosial Elmlər İnstitutunun magistratura səviyyəsində kadr hazırlığı həyata keçirilən “Müasir türk dilləri” ixtisasında dosent Ali Tanın tədris etdiyi “Türk dillərinin mənbələri” fənnində BDU-nun Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosenti Rəhilə Quliyevanın “Azərbaycan dili” dərsliyi əsas tədris vəsaitlərindən biri kimi istifadə olunur. Azərbaycan dilinin tarixi, çağdaş məsələləri və lüğət tərkibinə dair məlumatların geniş yer aldığı, həmçinin müasir türk dili ilə müqayisələrin təqdim olunduğu kitab magistratura səviyyəsində təhsil alan tələbələr üçün dilimizi öyrənmək baxımından əhəmiyyətli hesab olunub, müəllifin əməyi yüksək qiymətləndirilərək ona şəxsən təşəkkür edilib.