Dosent Nəzakət Hüseynovanın elmi seminarı
BDU-nun Filologiya fakültəsinin “Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə” ETL-də “XX əsrin əvvəllərində Azərbaycan bədii tərcüməsində iqtibas janrına olan tələbatın əsas səbəbləri” mövzusunda elmi seminar keçirilib. Seminarda “Dədə Qorqud” ETL-in əməkdaşları Fərqanə Ağayeva və Fərqanə Əliyeva, “Azərbaycan dilinin tətbiqi məsələləri” ETL-in əməkdaşı Arzu Aslani və “Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə ETL”-in əməkdaşları iştirak ediblər.
Giriş sözü ilə çıxış edən “Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə ETL”-in elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Samirə Məmmədova elmi seminarın gündəliyindəki mövzunun aktuallığından bəhs edib.
Sonra söz laboratoriyanın müdiri, dosent Nəzakət Hüseynovaya verilib. O, “XX əsrin əvvəllərində Azərbaycan bədii tərcüməsində iqtibas janrına olan tələbatın əsas səbəbləri” mövzusunda geniş çıxış edib.
Məruzədən sonra “Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə” ETL-in elmi işçisi Samirə Məmməova və “Azərbaycan dilinin tətbiqi məsələləri” ETL-in əməkdaşı Arzu Aslani mövzu ilə bağlı çıxışlar ediblər.
Seminar müzakirələrlə yekunlaşıb.