Dosent Nəzakət Hüseynova beynəlxalq konqresdə məruzə edib
BDU-nun Filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı tarixi kafedrası nəzdində “Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə” elmi tədqiqat laboratoriyasının müdiri, dosent Nəzakət Hüseynova Çankırı Qaratəkin Universiteti, Azərbaycan Milli Elmlər Akademiyası və Mukimi adına Kokand Dövlət Pedaqoji İnstitutunun birgə təşəbbüsü ilə 2-4 dekabr 2024-cü il tarixlərində “Türk dünyasında milli kimlik və mədəni irs” mövzusunda keçirilən III Uluslararası Türkiyyat Konqresində (2024-cü il İslam dünyasının mədəniyyət paytaxtı Şuşaya ərmağan edilən) iştirak edib. Dosent N.Hüseynova konqresdə “Azərbaycanın milli kimliyinin formalaşmasında Şuşa maarifçilik məktəbinin rolu” adlı məruzə ilə çıxış edib və sertifikata layiq görülüb.