Dosent Kəmalə Nəcəfovanın açıq dərsi
BDU-nun Türkologiya kafedrasının dosenti Kəmalə Nəcəfovanın Filologiya fakültəsinin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə Fl-175,Fl-176-cı qruplarında “Türk xalqları ədəbiyyatı” fənnindən açıq dərsi keçirilib. “XIX əsr Türkiyə ədəbiyyatı” mövzusuna həsr olunmuş açıq dərsdə Türkologiya kafedrasının müdiri, professor Məhərrəm Məmmədov, dosent Gülgün Əliyeva, dosent Səbinə Ağayeva iştirak ediblər. Mühazirə dərsi ümumi sual-cavabla başlayıb. Tələbələr sualları fəal şəkildə cavablandırıblar. Sonra müəllim yeni mövzunu izah etməyə çalışıb. Dosent Kəmalə Nəcəfova XIX əsr Türkiyədə ümumi ictimai-siyasi mənzərə, Tənzimat islahatlarının səciyyəsi, Tənzimat ədəbiyyatının özəllikləri, Tənzimat dövr ədəbiyyatının təmsilçiləri haqqında danışıb. Mühazirədə Tənzimat dövr ədəbiyyatının ən parlaq təmsilçilərindən Namiq Kamalın yaradıcılığına daha geniş yer verilib. Açıq dərs elmi-nəzəri və metodik baxımdan yüksək səviyyəli dərs kimi qiymətləndirilib.