Dosent Firəngiz Kərimlinin açıq dərsi
Mayın 17-də BDU-nun Türkologiya kafedrasının dosenti Firəngiz Kərimlinin Filologiya fakültəsinin II kurs Fl-144-cü qrupunda “Azərbaycan dilinin tarixi” fənnindən “Zərf və onun tarixi inkişafı. Köməkçi nitq hissələrinin tarixi inkişafı. Qoşma və ədat” mövzusunda açıq dərsi keçirilib. Açıq dərsdə kafedranın əməkdaşları - dosent İslam Vəliyev, dosent Qızılgül Abdullayeva, dosent Sevda Sadıqova, dosent Afaq Məmmədova və Səmayə Cəlilova iştirak ediblər.
Dərs zamanı zərf, onun quruluşca və mənaca növlərinin tarixi təkamül prosesi haqqında məlumatlar dinlənilib. Qoşma və ədatlar haqqında ayrı-ayrılıqda məlumat verilib. Onların oxşar və fərqli xüsusiyyətləri, yazılı abidələrimizdən seçilmiş nümunələrlə müzakirələr şəklində aydınlaşdırılıb. Dərs tələbələrin mövzuyla bağlı seçdikləri nümunələrin təqdimatı ilə davam edib.