Dosent Fatima Dursunovanın açıq dərsi
BDU-nun Filologiya fakültəsinin Türkologiya kafedrasının dosenti Fatima Dursunovanın Jurnalistika fakültəsində ingilis bölməsi üzrə I kurs, JK-011-ci qrupunda “Azərbaycan ədəbiyyatı” fənnindən açıq dərsi keçirilib. “Mirzə Fətəli Axundzadənin komediyaları və nəsri” mövzusuna həsr olunmuş məşğələ dərsi ümumi sual-cavabla başlayıb. Tələbələr sual-cavabda aktiv iştirak ediblər. Demək olar ki, qrupun bütün tələbələri məşğələyə cəlb olunub və fəallıq nümayiş etdiriblər. Tələbələr ingilis dilində aydın tələffüzlə və səlis şəkildə M.F.Axundzadənin həyatı, yaradıcılığı, komediyaları, nəsri, əlifba uğrunda mübarizəsi haqqında interaktiv üsulla ətraflı məlumat veriblər. “Müsyö Jordan və dərviş Məstəli şah” komediyasından təqdim olunan səhnəcik maraqla qarşılanıb.
Açıq dərsdə Türkologiya kafedrasının dosentləri Gülgün Əliyeva və Kəmalə Nəcəfova iştirak ediblər. Açıq dərs elmi-nəzəri və metodik baxımdan yüksək səviyyəli dərs kimi qiymətləndirilib.