Dosent Elvira Heydərovanın açıq dərsi
BDU-nun Rus dilçiliyi kafedrasının dosenti Elvira Heydərovanın Filologiya fakültəsində «Rus dili və ədəbiyyatı müəllimliyi» ixtisasının II kurs Fl-181, Fl-182-ci qruplarında «Rus dilinin tarixi» fənnindən açıq dərsi keçirilib. «Qısa saitlərin istifadədən çıxmasından sonra samitlər sistemində baş verən dəyişikliklər» mövzusuna həsr olunmuş açıq dərsdə Rus dilçiliyi kafedrasının professoru Sevinc Məhərrəmova, baş müəllimi Nailə Zeynalova və müəllim Aytən Muradova iştirak ediblər.
Fənn müəllimi mühazirə dərsini jurnalı yoxlamaqla başlayıb, ardınca əvvəlki mövzu ilə bağlı suallar ünvanlayıb. Tələbələr bütün verilən sualları fəal şəkildə cavablandırıblar. Sonra müəllim yeni mövzunu izah etməyə başlayıb.
Dosent Elvira Heydərova samitlərin assimilyasiyası, dissimilyasiya, samit qruplarının sadələşdirilməsi, sözlərin sonunda dəyişikliklər, yeni dodaq samitinin yaranması kimi məsələləri izah edib. Nəzəri material çoxsaylı nümunələrlə müşayiət olunub, tələbələrlə birlikdə təhlil edilib.
Dosent Elvira Heydərovanın Filologiya fakültəsində «Rus dili və ədəbiyyatı müəllimliyi» ixtisasının II kurs Fl-181, Fl-182-ci qruplarında «Rus dilinin tarixi» fənnindən keçirdiyi «Qısa saitlərin istifadədən çıxmasından sonra samitlər sistemində baş verən dəyişikliklər» mövzusuna həsr olunmuş açıq dərs kafedranın içlasında müzakirə olunub və bu dərs yüksək qiymətləndirilib.