Dosent Eldar Kərimovun elmi seminarı
BDU-nun Filologiya fakültəsinin Rus dili (humanitar fakültələr üzrə) kafedrasında “Azərbaycan qruplarında rus dilinin xarici dil kimi tədrisi prosesində nitq mədəniyyəti bacarıqlarının inkişaf etdirilməsi üçün metodikanın təkmilləşdirilməsi” adlı elmi seminar keçirilib. Seminarda kafedranın əməkdaşları, tələbə və magistrantlar iştirak ediblər.
Mövzu ilə bağlı məruzə edən kafedranın dosenti Eldar Kərimov linqvodidaktikanın əsas problemləri ilə bağlı çıxış edib. Bildirib ki, pandemiya dövründə BDU tələbələrinin rus dilini xarici dil kimi distant formada öyrənmələrinə dair qazanılmış təcrübə bu sahədə müəyyən nəticələr ortaya qoyub. Belə ki, distant formada tədrisin üstünlükləri ilə yanaşı müəyyən çatışmazlıqların - tədris prosesində distant texnologiyaların tətbiqi, virtual mühitdə universitet müəllimləri ilə tələbələr arasında kommunikativ əlaqə sahəsində çətinliklərin olması bu yöndə araşdırmaların aparılmasını və problemlərin aradan qaldırılmasını zəruriləşdirir.
Seminar mövzu ətrafında müzakirələrlə yekunlaşıb.