“Divan ədəbiyyatında ezoterik təlim” fənnindən açıq dərs
Martın 7-də Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının müdiri, fəlsəfə elmləri doktoru, professor Mətanət Abdullayevanın “Filologiya (Azərbaycan dili və ədəbiyyatı)" ixtisasının III kurs 132-ci qrupunda “Divan ədəbiyyatında ezoterik təlim” fənnindən “Epik poema fəlsəfi-mistik traktat kimi” və “Xəmsə” əxlaqi-mərifət kodeksidir” mövzularında açıq dərsi keçirilib. Açıq dərsdə kafedranın əməkdaşlarından dosentlər - Rəhilə Quliyeva, Səidə Mustafayeva və Abdullayeva iştirak ediblər.
Açıq dərs müasir interaktiv təlim üsulları ilə keçirilib. Tələbələr mövzularla bağlı maraqlı mühakimə, analiz səciyyəli təhlillər edib, təqdimatlar nümayiş etdiriblər. Müəllimin düşündürücü sualları ətrafında tələbələr debatlar aparıblar. Tələbələr mövzuların mahiyyətini ifadə edən açar sözlərin klaster üsulu ilə aktiv və sürətli şəkildə izahını verib, bu da onların idraki çevikliyinə dəlalət edib. Dərsin sonunda müəllim “elmi biliklərin həyatla əlaqələndirilməsi” kimi dəyərləndirilə biləcək sorğusunu keçirib. Bu mərhələdə tələbələrin tərəddüd etdikləri məqamlar üzə çıxıb, müəllim onlara aydınlıq gətirib.