“Dilin mənimsənilməsinə dair nəzəriyyələr” mövzusunda elmi seminar
BDU-nun Filologiya fakültəsinin Rus dili (humanitar fakültələr üzrə) kafedrasında “Dilin mənimsənilməsinə dair nəzəriyyələr” mövzusunda elmi seminar keçirilib. Seminarda kafedranın professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Mövzu ilə bağlı məruzə edən kafedra müdiri, dosent Tahir Əliyev bildirib ki, dünya linqvodidaktikasında gedən ciddi proseslərdən biri dilin mənimsənilməsinin ortaya çıxarılmasıdır. Elmi əsaslara dayanmaqla onun mahiyyətini dərk etmək və dilin mənimsənilməsi prosesinin intensivləşməsinə şərait yaratmaq mümkündür. Aydındır ki, bu cür yanaşma dilin mənimsənilməsi prossesini öyrənən elmlərin ortaya çıxardıqları mənimsəmə qanununun istifadəsini şərtləndirir. Həmçinin bu cür yanaşma ənənəvi metodlardan fərqlənir, çünki bu qanunun tətbiqi konkret tədris məqsədinin tamlığı ilə yerinə yetirilməlidir.
Məruzəçi öz çıxışında dilin mənimsənilmə nəzəriyyələrinin bir neçəsini təhlil edib və onların dərs prossesində tətbiqi ilə bağlı metodik göstərişləri diqqətə çatdırıb.
Sonra mövzu ətrafında müzakirlər aparılıb, məruzəçiyə suallar ünvanlanıb.