"Dilim varsa, mən də varam" adlı tədbir
Filologiya fakültəsi və İnformasiya və Sənəd Menecmenti fakültəsi üzrə BDU Könüllülərinin birgə təşkilatçılığı ilə 21 Fevral - Beynəlxalq Ana Dili Günü nə həsr olunmuş "Dilim varsa, mən də varam" adlı tədbir keçirilib. Ayşə Quluzadə və Ayşə Abbasovanın moderatorluğu ilə keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
İnformasiya və Sənəd Menecmenti fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Daşqın Məmmədli çıxış edərək, ana dilinin saflığının qorunmasının vacibliyindən danışıb.
Filologiya fakültəsi üzrə BDU Könüllülərinin sədri Rəvan Quliyev Azərbaycan dilinin keçdiyi tarixi inkişaf yolu haqqında məlumat verib.
Tədbirin bədii hissəsində "Dilim varsa, mən də varam" adlı videoçarx nümayiş etdirildikdən sonra, “Lin-Orph” musiqi klubunun üzvü Mənzər Əliyeva "Şirin dil" mahnısını ifa edib. Filologiya fakültəsinin I kurs tələbələri Nəzrin Aslanlı və İlkanə Dadaşova "Öz ana dilini bilməyənlərə" şeirini səsləndiriblər.