“Dildə zaman anlayışının interpritasiyası” mövzusunda elmi seminar
BDU-nun Filologiya fakültəsinin “Azərbaycan dilinin tətbiqi məsələləri” ETL-də “Dildə zaman anlayışının interpritasiyası” mövzusunda elmi seminar keçirilib. Seminarda Azərbaycan dilçiliyi kafedarsının professor-müəllim heyəti, laboratoriya əməkdaşları, magistrantlar və doktorantlar iştirak ediblər. Mövzu ilə bağlı məruzə edən “Azərbaycan dilinin tətbiqi məsələləri” ETL-nin kiçik elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Gülarə Nüsrət qızı Şirinova bildirib ki, zaman varlığın əsas kateqoriyalarından biri olub, onun linqvistik izahı reallığın həm universal, həm də milli spesifik izah yolunu əks etdirir. Zaman kateqoriyası dildə təqdim edilmənin ən mürəkkəb, ziddiyyətli və öyrənilməsi maraqlı kateqoriyalarından biridir. Zaman fəlsəfədə baş verən hadisələrin ardıcıllığının insan tərəfindən dərk edilməsi prosesi olaraq tsiklik (mifoloji), təkrarlanan və xəttidir, bir istiqamətlidir, başlanğıcı və sonu var. Sonra məruzəçi seminar iştirakçılarının suallarını cavablandırıb. Elmi seminar müzakirələrlə yekunlaşıb.