“Dilçilikdə teolinqvistik tədqiqatlar” adlı seminar
Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan dili və nitq mədəniyyəti kafedrasında “Dilçilikdə teolinqvistik tədqiqatlar” mövzusunda elmi seminar keçirilib.
Mövzu ilə bağlı mərzu edən kafedranın saathesabı müəllimi Həsən Mirzəli oğlu Əliyev teolinqvistika və praktik müqayisəli paralelizm barədə geniş məlumat verib. Məruzəçi qeyd edib ki, teolinqvistikanin varlığını, yəni dilçilik elminin bir sahəsi kimi özünə məxsus yeri olduğunu rusiyalı professorlar A.K.Qadomskiy, V.İ.Postovalova, İ.V. Buqayeva və bir çox avropalı dilçilər elmi əsərlərində qeyd ediblər. Bildirilib ki, Azərbaycanın görkəmli dilçi alimləri də dilin tərkibində olan paralelizmin səlis şəkildə müqayisəli təhlilini aparıblar. Alimlərimiz müqayisəli paralelizmi bir çox xalqların dilində ulu dil konsepsiyası əsasında apararaq böyük zəhmət hesabına ulu dilin elmi əsaslarını dilimizə qəbul etdiriblər. Bu sahədə professor Qəzənfər Kazımovun xidmətləri böyükdür.
Məruzəçi eləcə də teolinqvistikanın müqəddəs kitablarda olan kəlamlarla əlaqəsindən, bu kəlamların təfsirlə təsvir olunmasından ətraflı şəkildə bəhs edib. Praktik dilçilikdə teolinqvistikaya nəzər salan məruzəçi bildirib ki, müqayisəli təhlillər sübüt edir ki, qədim sözlərin əksəriyyəti insanların tanrı təsəvvürü əsasında ictimailəşdirilib. Yəni xalqların dilində mənalı söz vahidləri hesabına nitq yaranıb.
Sonra məruzə ilə bağlı çıxışlar edilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.