Dilçi alimlərimiz “Azərbaycan dilinin Meğri şivələri” kitabının təqdimatında
Qərbi Azərbaycan İcmasında tədqiqatçı-pedaqoq Əhmədəli Əliyevin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş “Azərbaycan dilinin Meğri şivələri” kitabının (ikinci nəşr) təqdimat mərasimi olub. Tədbirdə BDU-nun Filologiya fakültəsinin dilçi alimləri – İngilis dili (təbiət fakültələri üzrə) kafedrasının müdiri Abbas Abbasov, Türkologiya kafedrasının müdiri Məhərrəm Məmmədov, Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının müdiri İlhamə Hacıyeva, professor Elbrus Əzizov, dosent Qızılgül Abdullayeva, dosent Sultan Seyidova, “Türkoloji araşdırmalar” ETL-in elmi işçiləri – Ramil Bayramov və Pərvin Eyvazov iştirak ediblər.
Təqdimatda ikinci nəşrin redaktoru professor Abbas Abbasov, rəyçilərdən biri professor Elbrus Əzizov çıxış edərək, Əhmədəli Əliyevin keşməkeşli ömür yolundan söz açıb, kitabla bağlı fikirlərini bölüşüb, onun geniş elmi araşdırmaların nəticəsi olduğunu bildiriblər.