“Crowdfoundıng” mövzusunda ustad dərsi
BDU-nun Filologiya fakültəsində Alman və fransiz dilləri kafedrasının təşəbbüsü ilə “Crowdfounding (kütləvi form platforması)” mövzusunda ustad dərsi keçirilib.
Ustad dərsində mövzu ilə bağlı məruzə edən kafedranın müəllimi, filologiya üzrə fəlsəfə doktoru Mətanət Xıdır qızı Əliyeva bildirib ki, bu form əsasən tələbələrin müəyyən layihələrdəki fəaliyyətini dəstəkləyir və maliyyələşdirir. İdeyaların bölüşdürülməsi və işıqlanndırılması platformanın əsas məqsədlərindən sayılır. Maraqlı ideyaların layihələndirilməsi platformanın növbəti şaxələrindəndir. Bu formanın əsas özəlliyi isə onun sosial şəbəkələr vastisəilə işıqlandırılmasıdır.
Sonra “Alman dili və ədəbiyyatı” ixtisasının III kurs tələbələri mövzu ilə bağlı çıxışlar ediblər.
Sonda məruzəçiyə suallar ünvanlanıb, mövzu ətrafında müzakirələr aparılıb.