"Cəfər Cabbarlının tərcümələrində bədii fiqurlar və sənətkarlıq xüsusiyyətləri” mövzusunda elmi seminar
BDU-nun Filologiya fakültəsinin “Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə” ETL-də “Cəfər Cabbarlının tərcümələrində bədii fiqurlar və sənətkarlıq xüsusiyyətləri” mövzusunda elmi seminar keçirilib. Seminarda “Dədə Qorqud” və “Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə” elmi tədqiqat laboratoriyalarının əməkdaşları iştirak ediblər.
Giriş sözü ilə çıxış edən laboratoriya müdiri, dosent Nəzakət Hüseynova elmi seminarın mövzusunun aktuallığından və C.Cabbarlının tərcümə yaradıcılığından söz açıb.
Seminarda filologiya üzrə fəlsəfə doktorları - Məhin Quliyeva “Cəfər Cabbarlının bədii tərcümələrində sənətkarlıq xüsusiyyətləri” və Təranə Ağamalıyeva “Cəfər Cabbarlının tərcümələrində bədii fiqurlar” adlı məruzələrlə çıxış ediblər.
Sonra hər iki məruzə ətrafında çıxışlar edilib, məruzəçilərə suallar ünvanlanıb. İştirakçılardan filologiya üzrə fəlsəfə doktorları - Almara Nəbiyeva və Samirə Məmmədova çıxışlarla bağlı fikirlərini bölüşüblər.