Müəllimlər Gününə həsr olunmuş intellektual yarış
Filologiya və Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültələri üzrə BDU Könüllülərinin təşkilatçılığı ilə pedaqoji yönümlü ixtisaslarda təhsil alan tələbələr arasında 5 Oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş intellektual yarış keçirilib. Yarışda 8 komanda - Tarix fakültəsinin “Evrika”, Fizika fakültəsinin “Avangers”, Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin “Femida”, Coğrafiya fakültəsinin “Armada”, Mexanika-riyaziyyat fakültəsinin “Pentaqon”, Kimya fakültəsinin “Chemist”, “Zadəgan” komandaları mübarizə aparıb. Yarış ümumilikdə 3 turdan, 25 sualdan ibarət olub. Ümumi turun nəticəsinə görə, “Evrika” və “Zadəganlar” komandası qalib gələrək mükafatlandırılıb.