Professor Bəkir Çobanzadə - 130
Bakı Dövlət Universitetində (BDU) professor Bəkir Çobanzadənin 130 illiyinə həsr olunan elmi seminar keçirilib.
Tədbirdə Jurnalistika və Filologiya fakültəsinin müəllim və tələbə kollektivi iştirak edib. İki fakültənin birgə təşkilatçılığı ilə keçirilən elmi seminarda Filologiya fakültəsinin dekan müavini Anar Fərəcov, Jurnalistika fakültəsinin dekan müavini Samir Mirzəyev, Milli mətbuat tarixi kafedrasının dosenti Qərənfil Bünyaminqızı, Bəkir Çobanzadənin tədqiqatçısı Pərvin Eyvazoğlu və Milli mətbuat tarixi kafedrasının doktorantı, tarix üzrə fəlsəfə doktoru Mahir Qəribov çıxış edərək professorun həyatı və elmi fəaliyyətindən bəhs ediblər. Şərqin ilk professor alimi Bəkir Çobanzadənin 1937-ci ildə NKVD cəlladları tərəfindən həbs edilərək haqqında güllələnmə qərarı verilsə də onun amal və əqidəsinin yaşadığı, unudulmadığı xüsusi qeyd olunub. BDU-da onun adına auditoriyanın olduğu da vurğulanıb.
Tədbirin sonunda Azərbaycan Televiziyasında nümayiş olunan "İş N° 715- Bəkir Çobanzadə" sənədli filmi nümayiş etdirilib.