BDU-nun Filologiya fakültəsinin tələbəsi “Mən Azərbaycanlıyam” bilik yarışmasında birinci yerin qalibi olub
BDU-nun Filologiya fakültəsinin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə I kurs, Fl -135 qrup tələbəsi Telli Fuad qızı İmanlı “Mən Azərbaycanlıyam” bilik yarışmasında 10-cu mövsüm üzrə birinci yerin qalibi olub.
2020-ci ilin mayın 30-da “Ölkəmizi tanıyaq, tanıdaq” şüarı ilə yarışmaya qoşulan Telli İmanlı həmin ilin 30 iyun tarixində baş tutan yarışda həftənin qalibi olub. 19 may 2021-ci il tarixindən mübarizəni davam etdirən tələbəmiz həftənin qalibləri arasında keçirilən ilin final mərhələsinin seçim turuna qatılıb. Finala yüksələn Telli İmanlı bütün rəqiblərindən üstün bilik nümayiş etdirərək yarışmada birinci yerə layiq görülüb.
Tələbəmizi parlaq qələbə qazanması münasibətilə ürəkdən təbrik edir, fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.