BDU-nun Filologiya fakültəsinin tələbələri “Gənc müəllim - BİRincidir!” layihəsində yüksək nəticə göstəriblər
“Bir Könüllü” Təşkilatı və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə “Gənc müəllim - BİRincidir!” adlı layihəyə start verilib. Layihəsinin əsas məqsədi pedaqoji ixtisaslarda təhsil alan tələbələrin peşə qabiliyyətlərini artırmaqdan ibarətdir.
Layihədə iştirak etmək üçün 437 müraciət daxil olub və yalnız 21 nəfər tələbə xüsusi müsahibə mərhələsindən uğurla keçərək, AGMA-nın sədri Rüfət Əsədzadənin təqdimatında “Müəllimin pedaqoji bacarıqları” və “Fundamental müəllimlik” adlı təlimlərdə iştirak etmək hüququ qazanıb. Müsahibə mərhələsində uğur qazanmış Filologiya fakültəsinin IV kurs tələbələri - Səbinə Xəlilova, Aytac Fərzəliyeva, Aysel Seyidova və Sevinc Həsənova sözügedən təlimlərdə iştirak edəcəklər.
Layihə çərçivəsində tələbə-könülülər sinfin idarə olunması, dərsə hazırlıq, konstruktiv, təşkilatçılıq və kommunikativ komponentlərin formalaşması, şagirdlərin qorunması və İT inteqrasiya mövzularında təlimlərdən faydalana biləcəklər.