BDU-nun Filologiya fakültəsinin kollektivinə ağır itki üz verib
BDU-nun Filologiya fakültəsinin Ümumi dilçilik kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Məhəmməd Məmmədov vəfat edib.
Məhəmməd Tofiq oğlu Məmmədov 1957-ci il avqustun 18-də Naxçıvan MR-in Ordubad rayonunun Dəstə kəndində anadan olub.
1973-1978-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. 1978-1983-cü illərdə Ordubad rayonunun Dəstə kənd orta məktəbində müəllim işləyib. 1983-1986-cı illərdə BDU-nun əyani aspirantı olub. 1987-ci ildə “Azərbaycan dilində feili adlar” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1986-cı ildən BDU-da çalışan M.Məmmədov 1987-1993-cü illərdə Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasında müəllim, 1994-2007-ci illərdə Ümumi dilçilik kafedrasında baş müəllim, 2008-ci ildən isə həmin kafedranın dosenti vəzifələrində çalışıb.
Allah rəhmət eləsin!