BDU-nun Filologiya fakültəsinin kollektivinə ağır itki üz verib
Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının professoru Nizami Qasım oğlu Xəlilov vəfat edib.
72 yaşında dünyasını dəyişən Nizami Xəlilov 1949-cu il fevralın 10-da Ermənistan Respublikası Sisiyan rayonunun Qızılcıq kəndində anadan olub. 1973-cü ildən BDU-da pedaqoji fəaliyyətə başlayan Nizami Xəlilov 2003-2019-cu illərdə Filologiya fakültəsində elmi işlər və magistratura üzrə dekan müavini vəzifəsində çalışıb. 1984-cü ildə “Ə.Haqverdiyev və folklor” mövzusunda namizədlik, 2013-cü ildə isə “Aşıq yaradıcılığı və yazılı poeziya” mövzusunda doktorluq dissertasiyaları müdafiə edib. 2015-ci ildən BDU-nun Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının professoru idi.
Müxtəlif illərdə bir çox beynəlxalq elmi konfranslarda iştirak edib.
Allah rəhmət eləsin!