BDU-nun Filologiya fakültəsinin kollektivinə ağır itki üz verib
Azərbaycan türkologiyasının görkəmli simalarından biri, Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Türkologiya kafedrasının professoru, filologiya elmləri doktoru Məmmədəli Dünyamalı oğlu Novruzov (Məmmədəli Qıpçaq) 65 yaşında vəfat edib.
Peşəkar alim və müəllim kimi tanınan M.Novruzov 1956-cı il martın 28-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri kəndində anadan olub. 1973-1978-ci illərdə BDU-nun Filologiya fakültəsində təhsil alıb. 1985-ci ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayıb. 1989-cu ildə namizədlik, 2003-cü ildə isə doktorluq dissertasiyası müdafiə edib. 2005-ci ildə dosent, 2012-ci ildə professor elmi adını alıb.
Türkologiyanın ümumi-nəzəri problemləri, qədim türk yazılı abidələri, müasir türk dillərinin fonetk, leksik və qrammatik quruluşu, türk əlifbaları sahələrində tədqiqat işi aparıb. 70-ə yaxın elmi, 500-ə yaxın elmi-kütləvi məqalənin, 4 monoqrafiya və 2 kitabın müəllifi olub.
Allah rəhmət eləsin!