BDU-nun Filologiya fakültəsində “İkinci dili mənimsəmə qanunuyğunluqları” adlı elmi seminar keçirilib
Martın 10-da BDU-nun Filologiya fakültəsində Rus dili (humanitar fakültələr üzrə) kafedrasının təşkilatçılığı ilə “İkinci dili mənimsəmə qanunuyğunluqları” adlı elmi seminar keçirilib. Seminarda Elmi işlər üzrə dekan müavini dosent Mehriban Əlizadə, Rus dili (təbiət fakültələri üzrə) kafedrasının müdiri professor Mikayıl Cəfərov, Alman və fransız dilləri kafedrasının müdiri dosent Elmira Fərəcullayeva, fakültənin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Mövzu ilə bağlı məruzə edən Rus dili (humanitar fakültələr üzrə) kafedrasının müdiri dosent Tahir Əliyev müasir linqvodidaktikada baş verən dəyişikliklərdən, tədris prosesinin intensivləşdirilməsinə dair biliklərin təhlilindən, xarici dillərin tədrisində ortaya çıxan mühüm problemlər və onların həlli yollarından, bu istiqamətdə qarşıda dayanan əsas vəzifələrdən söz açıb.
Sonra mövzu ətrafında çıxışlar edilib, məzurəçiyə suallar ünvanlanıb. Tədbir müzakirələrlə yekunlaşıb.