BDU-nun Filologiya fakültəsində “Böyük qayıdışın icrasında gənclərin rolu” adlı onlayn tədbir keçirilib
BDU-nun Filologiya fakültəsində Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə “Böyük qayıdışın icrasında gənclərin rolu” adlı onlayn tədbir keçirilib. Tələbə Gənclər Təşkilatının üzvü – tədbirin aparıcısı Aygün Əhmədovanın giriş sözündən sonra BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov çıxış edərək, Milli Azadlıq Hərəkatından başlayaraq Azərbaycanın dövlət müstəqilliyinin bərpasında və ərazi bütövlüyünün qorunmasında gənclərin misilsiz rolundan, “Böyük qayıdış”ın icrası prosesinə gənclərin cəlb olunmasının vacibliyindən danışıb, tarixi Zəfərdən sonra da gənclərin bu istiqamətdəki könüllü fəaliyyətlərinin əhəmiyyətini yüksək qiymətləndirib.
Filologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov Azərbaycanda gənclərlə ideoloji tərbiyə işinin aparılması istiqamətində görülən işlərdən, Vətən müharibəsi dövründə gənclərin fəallığından və “Böyük qayıdış”ın icrasında gənclərin qarşısında dayanan mühüm vəzifələrdən söz açıb.
Tədbirdə TGT-nin sədr müavini Ələkbər Həsənov, tələbələrdən Gülnar Hüseynova və Ləman Cəfərzadə Azərbaycanda həyata keçirilən gənclər siyasətindən bəhs edib, mövzu ilə bağlı fikirlərini bölüşüblər.