BDU-nun Filologiya fakültəsində 12 Noyabr – Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib
BDU-nun Filologiya fakültəsində Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə 12 Noyabr - Konstitusiya Gününə həsr olunmuş onlayn tədbir keçirilib.
Tədbirin aparıcısı Aydan Rüstəmzadə açılış nitqi ilə çıxış edərək, Konstitusiya Gününün qeyd olunmasının tarixindən danışıb.
Sonra Filologiya fakültəsinin tələbələri - Rəhimə Əliyeva, Ülviyyə Orucova, Fatimə Nağızadə və başqaları konstitusiyamızın formalaşdırılmasında Ulu öndər Heydər Əliyevin rolundan danışıb və onun siyasi iradəsi ilə ölkədə sabitliyin bərqərar olduğunu diqqətə çatdırıblar.
Fakültə üzrə Tələbə Gənclər Təşkilatının sədr müavini Elnurə Ağasəfzadə bu ali dövlət qanununun dünyanın ən mütərəqqi konstitusiyalarından biri olduğunu, burada bütün ali hüquqların qorunduğunu vurğulayıb, iştirakçılara təşəkkürünü bildirib.