BDU Könüllüləri tədbir keçirib
Dekabrın 27-də Bakı Dövlət Universitetinin Filologiya və Jurnalistika fakültələri üzrə BDU Könüllülərinin təşəbbüsü ilə “Mənim sözlü, mənim arzulu, mənim könüllü qardaşım!” adlı ədəbi-bədii tədbir keçirilib. Tədbirdə Filologiya fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov, Jurnalistika fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Samir Mirzəyev, Azərbaycan ədəbiyyatı tarixi kafedrasının əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Yeganə Xanlarova, BDU Könüllülərinin sədri Nərmin Heydərova və tələbələr iştirak ediblər.
Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Filologiya fakültəsi Könüllülərinin sədri Rəvan Quliyevin aparıcılığı ilə keçirilən tədbirdə Güney Azərbaycana mövzusuna həsr edilmiş şeirlərdən ibarət bədii kompozisiya təqdim olunub.
Çıxışlardan sonra dekan müavinləri Anar Fərəcov və Samir Mirzəyev, filologiya üzrə fəlsəfə doktoru Yeganə Xanlarova, BDU Könüllülərinin sədri Nərmin Heydərova çıxış edərək, iştirakçıları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib, tədbirlə bağlı təəssüratlarını bölüşüb, tələbələrə təşəkkürlərini bildiriblər.