Baş müəllim Nazim Xıdırovun açıq dərsi
BDU-nun Filologiya fakültəsinin Rus dilçiliyi kafedrasının baş müəllimi Nazim Xıdırovun III kurs FI – 167 saylı qrup tələbələrinə “Rus dilinin üslubiyyatı və ritorikası” fənni üzrə keçirdiyi açıq dərsdə kafedra müdiri Elvira Heydərova, müəllimlərdən Nailə Zeynalova və Aytən Muradzadə iştirak ediblər.
Kafedra müdiri E.Heydərova Nazim Xıdırovun "Nitqin təmizliyinin kom¬munikativ keyfiyyətləri" mövzusunda açıq dərsinin (məşğələ) çox maraqlı mövzuya həsr olunduğunu bildirib.
Nazim Xıdırov mühazirədə aşağıdakı məsələlərə xüsusi diqqət yetirib: barbarlıqlar, jarqon sözləri və yerli şivələrə məxsus olan dialektizmlər. Dərsdə ədəbi dilə məxsus olmayan vulqarizmlər müzakirə olunub. Tələbələr mövzunun müzakirəsində fəal iştirak edirdilər. Nazim Xıdırov nəzəri materialı çoxsaylı, maraqlı misallarla müşayiət edib. Müəllim dərs başlayandan qurtaranadək tələbələrin diqqətini özünə cəlb edə bilib.