Baş müəllim Gülnar Rəsulovanın açıq dərsi
BDU-nun Mexanika-riyaziyyat fakültəsinin Azərbaycan bölməsinin I kurs RM – 154 nömrəli (3 saylı korpus, aud.:606, saat 1015 -1150) qrupunda Rus dili kafedrasının baş müəllimi Gülnar Məmmədxan qızı Rəsulovanın “Rus dilində akademik və işgüzar kommunikasiya” fənnindən “Дательный падеж существительных мужского и женского рода (“семья”)” mövzusunda açıq dərsi keçirilib. Məlumdur ki, bu mövzu tələbələrin nitq bacarıqlarının inkişafında mühüm rol oynayır. Bu amili nəzərə alan müəllim dərslik, lövhə, dialoqlar vasitəsilə tələbələrlə səmərəli iş aparıb. Dərsdə müvafiq interaktiv metodlardan istifadə olunub. Tələbələrin yüksək fəallığı təmin olunub. Müəllimlə tələbələr arasında anlaşma müsbət nəticə verib. Tələbələr çoxsaylı çalışmalar üzərində işləyiblər, mətn üzrə sual-cavab yerinə yetiriblər. Dərs metodik cəhətdən düzgün qurulub.