“Azərbaycan və ingilis dillərində xiazmın linqvopoetik xüsusiyyətləri” mövzusunda elmi seminar
Fevralın 28-də BDU-nun Filologiya fakültəsində İngilis dili (təbiət fakültələri üzrə) kafedrasının təşkilatçılığı ilə “Azərbaycan və ingilis dillərində xiazmın linqvopoetik xüsusiyyətləri” adlı elmi seminar keçirilib. Mövzu ilə bağlı məruzə edən kafedranın müəllimi Gülənbər Abbasova Azərbaycan və ingilis dillərində xiazmın tədqiqi və onun müxtəlif növlərinin araşdırılması haqqında məlumat verib, hər iki dildə bu üslubi fiqurun oxşar və fərqli cəhətlərinin müəyyənləşdirilməsi ilə bağlı fikirlər irəli sürərək maraqlı nümunələr təqdim edib.
Seminarda kafedra müdiri professor Abbas Abbasov, müəllimlərdən İ.Əliyev, G.Xanbabayeva, N.Orucova, Ş.Balayeva, R.Cəfərova məruzəçiyə suallar ünvanlayıb, mövzu ilə bağlı fikirlərini bölüşüblər. Tədbir müzakirələrlə yekunlaşıb.