Azərbaycan dili və nitq mədəniyyəti kafedrasında elmi seminar
Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Azərbaycan dili və nitq mədəniyyəti kafedrasında ixtisasartırma kursu keçən Azərbaycan Dövlət Dəniz Akademiyasının Humanitar fənlər kafedrasının baş müəllimi Rzayeva Sevinc Rasim qızı və Azərbaycan Memarlıq və İnşaat Universitetinin Azərbaycan dili və pedaqogika kafedrasının baş müəllimi İsmayılova Minayə Abbas qızının staj keçməsi ilə bağlı elmi seminar təşkil olunub. Elmi seminarda kafedranın professor-müəllim heyəti iştirak edib.
02.06.2025-30.06.2025-ci il tarixlərində BDU-nun Azərbaycan dili və nitq mədəniyyəti kafedrasında təcrübə keçən müəllimlər – Sevinc Rzayeva və Minayə İsmayılova hesbat xarakterli çıxışlarında bildiriblər ki, bu müddətdə kafedranın tədris prosesi və elmi fəaliyyəti ilə yaxından tanış olub, təcrübəli müəllimlərin tövsiyələrini dinləyib, yeni biliklər əldə ediblər. Sonra Sevinc Rzayeva tərcübə ərzində yazdığı “Kommunikativ səriştənin formalaşdırılması yolları” adlı referatın məzmunu haqqında məlumat verib.
Sonda kafedra müdiri, professor İlhamə Hacıyeva çıxış edərək kafedrada staj keçən hər iki müəllimin fəaliyyətini məqbul hesab edib, onlara uğurlar arzulayıb.