Aydın Qarabağlının “Qarabağ toponimləri” mövzusunda elmi seminarı
BDU-nun Filologiya fakültəsində Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı, tanınmış jurnalist Aydın Qarabağlının “Qarabağ toponimləri” mövzusunda elmi seminarı keçirilib. Tədbirdə fakültənin professor-müəllim heyəti və tələbələr iştirak edib.
Seminarı giriş sözü ilə açan Ümumi dilçilik kafedrasının dosenti Cavanşir Muradov Aydın Qarabağlının həyatı və fəaliyyəti haqqında məlumat verib, Azərbaycan toponimlərinin öyrənilməsi sahəsində fəaliyyətindən danışıb, fakültənin dəvətini qəbul etdiyi üçün kollektiv adından qonağa təşəkkürünü bilidirib.
Mövzu ilə bağlı məruzə edən Aydın Qarabağlı Qarabağ toponimlərinin öyrənilməsinə həsr etdiyi araşdırmalar barəsində ətraflı söz açıb, Qarabağada bir çox yer adlarının mənşəyinə dair məlumatları auditoriyanın diqqətinə çatdırıb.
Sonra iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafnda fikir mübadiləsi aparılıb.