“Avstriya modernist yazıçısı Herman Broch yaradıcılığı”na həsr olunmuş açıq dərs
BDU-nun Filologoya fakültəsinin "Alman dili və ədəbiyyatı" ixtisası üzrə III kurs Fl-164-cü qrupunda Dünya ədəbiyyatı kafedrasının müəllimi, f.ü.f.d. Noval Al-Abbasinin “Almandilli ədəbiyyat” fənnindən açıq məşğələ dərsi keçirilib. Açıq dərsdə Dünya ədəbiyyatı kafedrasının müdiri professor Cəlil Nağıyev, kafedranın müəllimləri f.ü.f.d İlqar Zabutov, Əsgərli Yeganə, laborant və saathesabı müəllim Bilqeyis Əliyeva iştirak ediblər.
Avstriya modernist yazıçısı Herman Broch yaradıcılığına həsr olunmuş məşğələdə fəal (interaktiv) dərsin mərhələlərinə əməl olunaraq tələbələr arasında motivasiya xarakterli sorğu aparılıb, mövzu barəsində onların araşdırıcılıq bacarıqlarını inkişaf etdirən müzakirə mühiti yaradılıb. Sonra tələbələr Avstriyada siyasi və sosial çalxantılar dövründə Herman Broch həyatı və yaradıcılığı haqqında məlumat veriblər. Daha sonra mövzu ilə bağlı fikir mübadilələri aparılıb. Elmi diskusiya alman dilində baş tutub.
Professor Cəlil Nağıyev və digər müəllimlər tələbələrin dərsə xüsusi hazırlanmalarını onların texniki vasitələrdən, internet resurslarından elmi ədəbiyyatlardan istifadə bacarıqlarını və türkologiyaya maraq göstərmələrini yüksək qiymətləndirib, dərsin gedişi ilə bağlı fikirlərini bölüşərək, öz dəyərli tövsiyələrini veriblər.