"Anne Bronte yaradıcılığında qadın məsələsi" mövzusunda elmi seminar
BDU-nun Filologiya fakültəsinin Dünya ədəbiyyatı kafedrasında "Anne Bronte yaradıcılığında qadın məsələsi" mövzusunda elmi seminar keçirilib. Seminarda kafedra müdiri, professor Cəlil Nağıyev, dosentlər Nüşabə Sadıxlı, Sevinc Məmmədova, Nərmin Həsənova, fil.f.d İlqar Hüseynov, saathesabı müəllimlər - Yeganə İsmayılova, Vəfa Bağırova, Səliqə İbrahimova və Bilqeyis Əliyeva iştirak ediblər.
Mövzu ilə bağlı məruzə edən kafedranın əyani doktorantı Sona İsmayılova bildirib ki, Enn Bronte feminist ədəbiyyatın ən mühüm simalarından birinə çevrilmiş ingilis ədəbiyyatının klassikidir. Yazıçı “Aqnes Qrey” və “Uayldfell-Holldan olan yad qadın” romanlarında dövrünün mühüm məsələlərinə – qadınların cəmiyyətdəki yeri, hüquqlarının olmaması və gender ayrı-seçkiliyinə toxunub. Qadın təbiətini incəliklə təsvir edən Enn Bronte öz hüquqları uğrunda mübarizə aparan qəhrəmanlarının daxili aləmini ustalıqla təqdim edə bilib.
Sonra məruzəçi seminar iştirakçılarının sualları cavablandırıb.
Elmi seminar müzakirələrlə yekunlaşıb.