“Anarın tərcümə yaradıcılığı müqayisəli araşdırma predmeti kimi: bədii və elmi funksionallıq”
BDU-nun Filologiya fakültəsinin “Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə” ETL-də “Anarın tərcümə yaradıcılığı müqayisəli araşdırma predmeti kimi: bədii və elmi funksionallıq” mövzusunda elmi seminar keçirilib. Seminarda laboratoriya əməkdaşları ilə yanaşı, Ümumi dilçilik kafedrasının baş müəllimi E.Həmzəyeva, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının əməkdaşı V.Hacıyev, “Azərbaycan dilinin tətbiq məsələləri” ETL-in əməkdaşları - İ.Hacıyeva və E.Cəfərov, İqtisadiyyat kafedrasının müəllimi L.Xasıyeva, Rus dili (humanitar fakültələr üzrə) kafedrasının müəllimi Nigar Əhmədova, tələbələr və magistrantlar iştirak ediblər.
“Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə ETL-in müdiri, dosent Nəzakət Hüseynova elmi seminarın gündəliyindəki mövzunun aktuallığından bəhs edərək, məruzə üçün sözü laboratoriyanın elmi işçisi Samirə Məmmədovaya verib. S.Məmmədova “Anarın tərcümə yaradıcılığı müqayisəli araşdırma predmeti kimi: bədii və elmi funksionallıq” mövzusunda geniş məruzə edib. Məruzədən sonra mövzu ətrafında çıxış edilib, iştirakçıların sualları cavablandırılıb. Seminar müzakirələrlə yekunlaşıb.