Alman və fransız dilləri kafedrasının müdiri beynəlxalq konfransda iştirak edib
14 Aprel 2021 19:00
Rusiyanın N.İ.Lobaçevski adına Nijni Novqorod Dövlət Universitetinin Arzamas filialının Milli Tədqiqat İnstitutunun təşkilatçılığı ilə “Dil tədrisində müasir tendensiyalar” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Konfransda Bakı Dövlət Universitetini Filologiya fakültəsinin Alman və fransız dilləri kafedrasının müdiri dosent Elmir Fərəcullayeva uğurla təmsil edib. “Azərbaycan dilinin xarici dil kimi tədrisində yeni təhsil şərtləri” adlı məruzə ilə çıxış edən təmsilçimizin araşdırması iştirakçılar tərəfindən maraqla qarşılanıb. Konfransın sonunda təşkilat komitəsi tərəfindən E.Fərəcullayevaya sertifikat təqdim olunub.
Son XƏBƏRLƏR
08.10.2025 | 15:20
Professor Mətanət Abdullayevanın “Mənəviyyat xəzinəsi – klassik poeziya” mövzusunda elmi seminarı
07.10.2025 | 14:56
Səbinə Vəliyevanın açıq dərsi təşkil olunub
07.10.2025 | 13:56