Alman və fransız dilləri kafedrasının dosenti Akademik Palma ordeninin Cəngavər dərəcəsi ilə təltif olunub
Azərbaycanda fransız dilini tədris edən bir qrup müəllim Fransanın Təhsil və Gənclər Nazirliyi tərəfindən mükafatlandırılıb. Bununla bağlı Fransanın Azərbaycandakı səfirliyində mərasim təşkil edilib. Tədbirdə çıxış edən Fransanın Azərbaycandakı səfiri Zakari Qross bildirib ki, təltif olunan müəllimlər fransız dilinin təbliğində, Fransa-Azərbaycan arasında əməkdaşlığın inkişafında rol oynayan şəxslərdir.
Mərasimdə iştirak edən BDU-nun Filologiya fakültəsinin Alman və fransız dilləri kafedrasının dosenti Xədicə Abdullayeva Akademik Palma ordeninin Cəngavər dərəcəsi ilə təltif olunub.
Xədicə xanımı ürəkdən təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq!