Dilçi alimlərimiz Dünya Dili Türkcə Simpoziumunda
Türkiyə Respublikasının Alanya Əlaəddin Keyqubad Universitetində Türk Dil Qurumu, Türk Dövlətləri Təşkilatı, Türksoy, UNESCO Türkiyə Milli Komissiyası, TÖMER, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə XIV Uluslararası Dünya Dili Türkcə Simpoziumu keçirilib. Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tatarıstan, İran və digər ölkələrin tanınmış elm adamlarının qatıldığı simpoziumda türkologiyanın aktual problemlərinə həsr olunmuş məruzələr dinlənilib.
Mötəbər elmi tədbirdə Bakı Dövlət Universitetini Filologiya fakültəsinin əməkdaşları - Türkologiya kafedrasının dosenti Qızılgül Abdullayeva və Azərbaycan dilçiliyi kafedrasının dosenti Reyhan Həbibli uğurla təmsil ediblər. Bölmə iclaslarında Qızılgül Abdullayeva “Mahmud Kâşgarî’nin “Dîvânu Lugât’it-Türk” Eserinde “sağır nun”un Kelimenin Anlamına Etkisi və Reyhan Həbibli “Prof. Dr. Tuncer Gülensoy ve Türk Onomastiği” adlı məruzələrlə çıxış ediblər. Həmçinin dosent Qızılgül Abdullayeva bölmə iclaslarından birinə rəhbərlik edib.
Sonda təmsilçilərimizə sertifikatlar təqdim olunub.