Akademik Tofiq Hacıyevin xatirəsi doğum günündə yad edilib
01 may görkəmli dilçi-alim, uzun illər Bakı Dövlət Universitetinin Türkologiya kafedrasına rəhbərlik etmiş, Əməkdar elm xadimi, «Şöhrət» ordenli, Türkiyə Cümhuriyyəti Atatürk Dil, Tarix və Kültür Qurumunun fəxri üzvü, mərhum akademik Tofiq İsmayıl oğlu Hacıyevin anadan olmasının 89-cu ili tamam olur. Bu münasibətlə BDU-nun Türkologiya kafedrasının əməkdaşları – kafedra müdiri, professor Məhərrəm Məmmədov, filologiya elmləri doktoru Qızılgül Abdullayeva, İngilis dili (təbiət fakültələri üzrə) kafedrasının müdiri, professor Abbas Abbasov, elmi işçilər Ramil Bayramov və Pərvin Eyvazov mərhumun ailə üzvləri ilə birlikdə II Fəxri xiyabanda görkəmli alimin məzarını ziyarət edib, ruhuna dualar oxuyub, məzarı üzərinə gül dəstələri düzüblər. Ziyarət zamanı akademik Tofiq Hacıyevin Azərbaycan elmi və təhsili qarşısındakı müstəsna xidmətlərindən söz açılıb, onunla bağlı xatirələr danışılıb.