Akademik Nizami Cəfərov türkologiya sahəsindəki xidmətlərinə görə mükafatlandırılıb
21 İyun 2025 09:55
Bakı Dövlət Universitetinin Ümumi dilçilik kafedrasının müdiri, akademik Nizami Cəfərov türkologiya və türk mədəniyyəti sahəsindəki müstəsna xidmətlərinə görə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı tərəfindən (TÜRKSOY) mükafatlandırılıb. TÜRKSOY-un Baş Katibliyində keçirilən təntənəli təqdimat mərasimində TEKAR Fondunun, Türkiyənin Elm və Ədəbiyyat Əsəri Sahibləri Peşə Birliyinin (İLESAM) nümayəndələri, tanınmış elm, mədəniyyət və ədəbiyyat xadimləri iştirak ediblər.
Mərasimdə edilən çıxışlarda akademik Nizami Cəfərovun türk dünyasına xidmətləri yüksək qiymətləndirilib, görkəmli alimə təşəkkürnamə, diplom və xatirə lövhəsi təqdim olunub.
Son XƏBƏRLƏR
14.08.2025 | 12:29
BDU-nun Filologiya fakültəsində 7 ixtisas üzrə kadrlar hazırlanır
03.08.2025 | 14:30
Xalq yazıçısı, Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Elçin Əfəndiyev vəfat edib
01.08.2025 | 09:16
Ana dilimiz – milli kimliyimiz və iftixarımız
31.07.2025 | 17:54
Professor İlhamə Hacıyeva milli mətbuatın 150 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak edib
31.07.2025 | 13:25